Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. Bu gün D.Roqozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.
Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.
Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.