ATƏT nümayəndələri Ağdam rayon İcra Hakimiyyətində olublar

12:17 - 8 Dekabr 2016 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinq keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinə gələrək rayon İH başçısı Raqum Məmmədovla görüşüblər.
Görüşdə bildirilib ki, ermənilər avqustun 2-dən bu günə kimi cəbhəyanı yaşayış məntəqələrini 324 dəfə atəşə tutub.
ATƏT nümayəndələri görüşdən sonra qoşunların təmas xəttinə gediblər.

Xəbər xətti