2016-cı ildə ABŞ-da sığınacaq almaq üçün müraciət edən Rusiya vətəndaşlarının sayı 1994-cü ildən bu yana maksimum həddə çatıb. Bu barədə Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinə istinadən "Azadlıq" radiosu məlumat yayıb.
Ruslar sentyabrın 30-da başa çatan 2016-cı maliyyə ilində ABŞ-da sığınacaq almaq üçün 1912 ərizə təqdim ediblər. Bu, 2015-ci il ilə müqayisədə 31%, 2012-ci ilə nisbətdə isə 164% çoxdur.
Sığınacaq istəyənlərin ümumi sayı 2012-ci ildə Vladimir Putinin üçüncü prezidentlik müddəti başlayandan iki dəfə artıb və artıq dördüncü ildir ki, ardarda artmaqda davam edir.
Qeyd olunur ki, bütün dövrlər ərzində ən böyük rəqəm 1994-cü ildə, Sovet İttifaqının dağılmasından üç il sonra qeydə alınıb. Həmin vaxt ruslardan ABŞ-a sığınacaq almaq üçün 2 min 127 ərizə daxil olub.