Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin oktyabrın 4-də Özbəkistana rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.