"Real Madrid" 2025-ci ilin "Qızıl top" mərasimini boykot edəcək

17:49 - 22 Sentyabr 2025 - İDMAN

"Real Madrid" sentyabrın 22-də Parisdə keçiriləcək "Qızıl top" mükafatlandırma mərasimini boykot edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Məlumata görə, ötən il baş mükafatı braziliyalı cinah oyunçusu Vinisius Juniora təqdim etmədiyi üçün tədbiri boykot etmək qərarına gələn Los Blancos rəhbərliyi namizədlər arasında "Real Madrid" futbolçularının olmasına baxmayaraq, boykotunu davam etdirib və heç bir klub nümayəndəsini heyət üzvü kimi göndərməyəcək.

Madrid klubu da öz mediasında mükafatı qeyd etməkdən imtina edib.

Xəbər xətti