Sidney yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, təyyarənin qolf meydançasına çırpıldığı anın görüntüləri yayılıb.
Məlumata görə, kabində 50 yaşlı təlimatçı və tələbəsi olub. Hər ikisinin vəziyyəti stabil olaraq xəstəxanaya çatdırılıb.
Həmin vaxt meydançada olan qolfçular zərərçəkənlərə kömək etməyə qaçıblar.