Uitkoff Putinlə görüşəcək

13:42 - 4 Avqust 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında bu həftə görüşünün mümkünlüyü istisna edilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 4-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya prezidentinin mətbuat katibi ikitərəfli dialoqun davam etdiyini vurğulayıb. O, ABŞ-nin də Ukraynadakı münaqişənin həlli yollarının axtarışında vasitəçilik səylərini davam etdirdiyini qeyd edib.

Xəbər xətti