Cənubi Koreyanın Müdafiə Nazirliyi “koreyalararası gərginliyi” azaltmaq üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təbliğat xarakterli yayım üçün səsgücləndiriciləri yığışdırmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Nəşr yazır ki, bazar ertəsi Cənubi Koreya KXDR ilə sərhəddə quraşdırılmış təbliğat yayımları üçün səsgücləndiriciləri sökməyə başlanılıb.
Qeyd olunur ki, Cənubi Koreya prezidenti Li Jaemin hələ iyun ayında KXDR-ə göndərilən təbliğat xarakterli materialların yayımını dayandırmaq üçün “etimadı bərpa etmək” əmrini verib.
Agentliyin Cənubi Koreyanın Müdafiə Nazirliyindən adlarını açıqlamayan həmsöhbətləri bu addımı dövlətlərarası gərginliyi azaltmaq və zəiflətmək üçün “praktik tədbirlərin” bir hissəsi adlandırıblar.