Tramp telefon danışığından sonra Putin haqqında danışıb

08:33 - 20 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Con Kennedi adına İfa Sənəti Mərkəzinin qəyyumlar şurası üçün şam yeməyində çıxış edərkən Rusiya prezidenti Vladimir Putinlə son söhbətindən danışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Tramp qeyd edib ki, o, “xoş centlmen” kimi xarakterizə etdiyi Rusiya dövlətinin başçısı ilə qısa, lakin mənalı söhbət edib. O əlavə edib ki, söhbət məhsuldar olub və tərəflərə müəyyən irəliləyiş əldə etməyə imkan verib. Ümumilikdə, Amerika liderinin sözlərinə görə, Putinlə dialoq konstruktiv olub.

Xəbər xətti