Avropa liderləri razılığa gəldilər - Rusiyaya qarşı sanksiyalar...

00:05 - 20 May 2025 - DÜNYA

ABŞ prezidenti və avropalı tərəfdaşlar Ukraynadakı vəziyyətin həlli üçün gələcək addımlar barədə razılığa gəliblər və həmçinin Rusiya tərəfinə sanksiya təzyiqini artıracaqlarını bəyan ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.

"Onlar danışıqlar prosesini yaxından əlaqələndirməyə və növbəti texniki görüşün keçirilməsinə səy göstərməyə razılaşıblar. Bütün tərəflər Ukraynaya atəşkəs yolunda fəal dəstək verməyə hazır olduqlarını təsdiqləyiblər. Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artıracaqlarını bəyan ediblər", - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi yekunlaşdırıb.

Xəbər xətti