Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti aprelin 10-dan bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 3150 dollardan aşağı düşüb.
Ucnoqta.az bu barədə ticarət platformasının məlumatlarına istinadən xəbər verir.
Qiymətli metalın qiyməti 0,13% ucuzlaşaraq 1 troy unsiyası üçün 3149 dollar təşkil edib.