İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad olunub.
Ucnoqta.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, başqa işə keçib.
R.Məmmədov bu səbəbdən İcra Hakimiyyətindəki işindən ayrılıb.
İmişli Rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.
Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.
O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.
2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.