17-ci sanksiyalar paketinə Brüsselin iddia etdiyi 189 tankerin Rusiya neftini müxtəlif ölkələrin bayraqları altında daşıdığına dair məhdudiyyətlər var
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbəri Ursula Fon der Lyayen deyib.
Həmçinin, yeni məhdudiyyətlər toplusuna rusiyalı biznesmenlərin və “yüksək rütbəli siyasətçilərin” aktivlərinin dondurulması və onların ittifaq ərazisinə girişinin qadağan edilməsi daxildir.
Aİ silah istehsalında istifadə olunan kimyəvi maddələrin ixracını qadağan edəcək və “sanksiyalardan yayınmada iştirak edən” şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.