Tehran və Moskva Rusiya prezidenti Vladimir Putinin İrana səfərinə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"Rusiya prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün uzunmüddətli planda var. Biz hazırlaşırıq, uyğun vaxtda baş tutacaq [səfərin] təşkili ilə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparırıq", - diplomat jurnalistlərə deyib.