İran və ABŞ İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər və növbəti məsləhətləşmələrin vaxtını və yerini müzakirə edirlər.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.
“Danışıqların aparılması və hər iki tərəfin onları davam etdirmək niyyətini təsdiqləməsinin özü danışıqlar prosesinin davam etdiriləcəyini göstərir. Bu dialoqun vasitəçisi və əlaqələndiricisi kimi çıxış edən Oman Xarici İşlər Nazirliyi bizimlə və Amerika tərəfi ilə əməkdaşlıq edərək növbəti raundun tarixini və yerini açıqlayacaq. Hazırda hər iki tərəfin hansı məqamı daha münasib hesab etdiyini müəyyən etmək üçün məsləhətləşmələr aparılır”, - deyə Bəqai IRNA-ya bildirib.