Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqlənib
Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Bu paketə Rusiyanın 60-a yaxın hüquqi və fiziki şəxsi və təxminən 150 tankerinin qara siyahıya salınması daxildir.
Yeni məhdudiyyətlərin təsdiqi mayın 20-də gözlənilir.