ABŞ prezidenti Donald Tramp Şərq vaxtı ilə saat 10:00-da Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Oxşar məlumatı X-də Axios-un müxbiri Barak Ravid dərc edib.
O, Vaşinqton və Kiyevin bu planları barədə məlumatı olan mənbəyə istinad edir.