İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində BMT-nin himayə etdiyi təşkilatın azı bir əməkdaşı həlak olub, beşi isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, BMT-yə bağlı təşkilatlarda işləyən 6 əcnəbi İsrailin Qəzzanın mərkəzinə endirdiyi hava hücumu nəticəsində yaralanıb. Onlardan biri Şuhada əl-Əqsa xəstəxanasına çatdıqdan dərhal sonra dünyasını dəyişib.
Ölənlərin və yaralananların BMT-nin hansı strukturlarında işlədiyi barədə məlumat yoxdur.///tass