İlin axır çərşənbəsində qeyd olunan "Çərşənbə-Suri" bayramı zamanı yeni il qabağı (İranda yeni il martın 20-də başlayır) ən azı 19 nəfər həlak olub, 5000-dən çox insan yaralanıb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə İranın təcili yardım xidmətinin nümayəndəsi Babok Yektapərəst məlumat verib.
Qeyd olunur ki, ötən gün ölkə üzrə 4739 nəfər xəsarət alıb. Beləliklə, son bir ay ərzində yaralananların ümumi sayı 5568-ə çatıb. Həmçinin dünən 13 nəfər ölüb və bununla da ümumi sayı 19-a çatıb. Yektapərəst əlavə edib ki, qurbanların ümumi sayından 338-ə yaxın iranlının əzalarının amputasiyası tələb olunub, 1557 nəfər göz zədəsi alıb, daha 1531 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanmaların əsas səbəbi əksər hallarda pirotexniki vasitələrdən düzgün istifadə edilməməsidir.
Təcili yardım xidmətinin məlumatına görə, ən çox yaralananlar təxminən 1049 nəfərin xəstəxanaya yerləşdirildiyi Tehran vilayətində, 866 nəfərlə Şərqi Azərbaycan və 620 nəfər yaralı ilə ikinci yerdədir.