Argentinada məşhur futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı keçirilən dinləmələrdə ilk şahidlər gördükləri, o cümlədən idmançının bədəninin vəziyyəti və həyatının son günlərindəki şəraitlə bağlı təəssüratlarını bölüşüblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Çərşənbə axşamı məhkəmə faciə yerinə ilk gələn polis əməkdaşlarının ifadələrini dinləyib.
Onlardan biri, otağa ilk daxil olan Lukas Farias cəsədi görəndə onun mərhum futbol əfsanəsi olduğunu biləndə çox sarsıldığını xatırladıb.
O, Maradonanın qarnının çox şişdiyini də qeyd edib.
Digər şahid Lukas Borge də cəsədin vəziyyətini qeyd edib. Onun sözlərinə görə, Maradona qara köynək və idman şortu geyinib.
O, həmçinin qeyd edib ki, futbolçunun cəsədi onun ölümündən cəmi 4 saat sonra evdən çıxarılıb.