Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 51 yaşlı Habil Quluyev saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin və 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri sifariş əsasında deyiləcək ünvana çatdırmalı imiş.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Quluyev barəsində həbs qətimkan tədbiri seçilib.