Aİ-nin Ukraynaya 40 milyard avroluq yardımın bu həftə təsdiqlənəcəyi gözlənilmir

10:33 - 18 Mart 2025 - DÜNYA

Aİ ölkələri çətin ki, bu həftənin sonuna qədər Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlsinlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Onlar bildiriblər ki, Avropa liderləri bu təklifi cümə axşamı sammitdə müzakirə edəcəklər, lakin razılığa gələ bilməyəcəklər.

Qeyd olunur ki, icma ölkələrinin əksəriyyəti təşəbbüsü dəstəkləyir, lakin bəzi dövlətlər, xüsusən də Fransa və İtaliya planın əlavə təfərrüatları və onun müzakirəsi üçün daha çox vaxt istəyiblər, Macarıstan isə Kiyevə hər hansı yardımın göstərilməsinə tamamilə qarşıdır.

Bazar ertəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlmədiklərini, lakin yaxın gələcəkdə irəliləməyə ümid etdiklərini bildirib.

Xəbər xətti