Rusiya regionları üzərində 46 PUA vurulub

08:08 - 18 Mart 2025 - DÜNYA

Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində, 41-i Belqorod vilayəti üzərində olmaqla 46 Ukrayna pilotsuz uçan aparatını vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 41 PUA Belqorod vilayəti ərazisi üzərində, iki PUA Bryansk və Kursk vilayətləri əraziləri üzərində, bir PUA isə Oryol vilayəti ərazisi üzərində məhv edilib. 

Xəbər xətti