İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənubundakı hərbi obyektlərə zərbələr endirməyə başladığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, İD hazırda Suriyanın cənubundakı hərbi hədəfləri, o cümlədən köhnə Suriya rejiminə məxsus silah və hərbi texnikanın olduğu komanda mərkəzləri və hərbi obyektləri hədəfə alır.
Qeyd olunur ki, Suriyanın cənubunda hərbi aktivlərin mövcudluğunun İsrail üçün təhlükə yaradırdı.
"İD Suriyanın cənubunda hərbi təhdidlərin olmasına icazə verməyəcək və onlara qarşı hərəkət edəcək", - mətbuat xidməti yekunlaşdırıb.