"Bakı Metropoliteni" QSC-nin Reklam Departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifə Azər Quliyevə həvalə edilib.
O bundan əvvəl "Azerconnect Group"da ticarət marketinqi üzrə mütəxəssis vəzifəsində çalışıb.
Bundan başqa A.Quliyev uzun illər "Azerfon" MMC-də ("Nar Mobile") işləyib.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin sədri Vüsal Aslanovdur.