Terrora çağırış edən erməni bloger barədə istintaq başladı

09:14 - 16 Mart 2025 - DÜNYA

Hüquq-mühafizə orqanlarının əməkdaşları bloger Arsen Markaryana qarşı istintaqdan əvvəl yoxlama təşkil ediblər.

Ucnota.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Məqalədə qeyd olunur ki, həmin şəxs açıq şəkildə terror fəaliyyətinə çağırışda şübhəli bilinirdi.

İstintaqın aparılmasına səbəb Markaryanın Rusiya Federasiyası ərazisində terror aktları təşkil etməyə çağırdığı müsahibələrindən biri olub.
Bloger bildirib ki, Rusiya obyektlərinə və mülki şəxslərə hücumlar pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə həyata keçirilməlidir.

Xəbər xətti