"Böyük və dərin bataqlıqdan çıxacağıq" - Mirzoyan

13:01 - 14 Mart 2025 - DÜNYA

Bakı ilə sülh sazişi imzalayandan sonra İrəvan boğula biləcəyi “bataqlıqdan çıxacaq”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

“Bu müqavilənin mətni ilə sülhü bərqərar edən Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq ki, çıxmasaq, boğula bilərik” - XİN rəhbəri deyib.
Onun sözlərinə görə, sülh Ermənistan üçün ekzistensial əhəmiyyətə malikdir.

Xəbər xətti