Taylandda turist avtobusu qəzaya uğraylb - 36 sərnişin...

08:13 - 14 Mart 2025 - DÜNYA

Tailandın Petçaburi əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində 36 sərnişin xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

Məlumata görə, avtobus cümə günü saat 04:00 radələrində Ranonqdan Banqkoka gedirmiş və avtobus elektrik xəttinin dayağına çırpılıb. Təyyarədə Tailand (15 nəfər), Myanma (12 nəfər) və ABŞ (9 nəfər) vətəndaşları olub.

Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Üç sərnişinin vəziyyəti ağır kimi qiymətləndirirlər.

Qəzaya səbəb sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir.

Xəbər xətti