Pekində İranın nüvə problemi ilə bağlı iclas başlayıb

08:10 - 14 Mart 2025 - DÜNYA

Pekində Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxunun sədrliyi ilə Çin, Rusiya və İran arasında İranın nüvə problemi ilə bağlı iclas başlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Rusiya tərəfini xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edir.

Tehranı xarici işlər nazirinin müavini Kazem Gharibabadi təmsil edir.

Nüvə problemindən əlavə, tərəflərin İslam Respublikasına qarşı Qərb sanksiyalarının ləğvi yollarını və Tehran, Moskva və Pekin arasında BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Xəbər xətti