Finlandiya və Ukrayna hərbi əməkdaşlıq haqqında memorandum imzalayıb

14:06 - 13 Mart 2025 - DÜNYA

Finlandiya və Ukraynanın müdafiə nazirləri Antti Hakkänen və Rustem Umerov ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair memorandum imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ikitərəfli sazişin məqsədi müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsidir.
Memoranduma daha sıx əməkdaşlıq sahələrinə müdafiə materialları məsələləri, məlumat mübadiləsi, tədqiqat və innovasiya fəaliyyəti, Finlandiya və Ukraynada sursat istehsalı və müdafiə ilə bağlı layihələr daxildir.

Xəbər xətti