Buenos-Ayresdə toqquşmalarda 50-dən çox insan xəsarət alıb

10:59 - 13 Mart 2025 - DÜNYA

 Argentinada Konqres (parlament) qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmalarda ən azı 56 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Buenos-Ayres tibb xidməti məlumat yayıb.

Məlumata görə, başından güllə yarası alan fotoqraf da daxil olmaqla 11 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, toqquşmalar zamanı 6 polis əməkdaşı yaralanıb, onlardan biri güllə yarası ilə xəstəxanaya aparılıb.
Nəşrin məlumatına görə, azı 150 nəfər saxlanılıb.

Bir neçə min insanın iştirak etdiyi nümayiş çərşənbə günü baş tutub.
Hələ rəsmi başlamazdan əvvəl bahalaşma fonunda həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə təqaüdçülərə dəstək aksiyasına gələn hüquq-mühafizə orqanları əməkdaşları ilə futbol azarkeşləri arasında qarşıdurma yaranıb.

Xəbər xətti