Pentaqon Ukraynaya Ordunun ATACMS taktiki raket sistemləri ilə təmin etməyə davam edə bilər, lakin məhdud miqdarda.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ hərbi mənbəsinə istinadən Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi Ukraynaya bildirib ki, yalnız məhdud sayda ATACMS çatdırılacaq, ABŞ və NATO müttəfiqləri isə hava hücumundan müdafiə sistemlərinə daha çox tələbat olduğunu görürlər.
O qeyd edir ki, Vaşinqtonun Kiyevə silah tədarükü bərpa edilsə də, rəsmilər Kiyevdə artıq ATACMS olmadığını etiraf ediblər.
ABŞ rəsmisi bildirib ki, ümumilikdə ABŞ ukraynalılara 40-a yaxın belə raket kompleksi verib, lakin yanvarın sonunda onlar tükənib.