Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı ATU məlumat yayıb.
Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatının aparılması üçün qərar verilib.