Amerikalıların NATO-dan çıxma ehtimalı azdır, ABŞ prezidenti Donald Tramp heç vaxt bu ehtimala işarə etməyib.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
"Amerikalıların NATO-nu tərk edəcəklərini düşünmürəm. Ən azı ABŞ prezidenti Donald Tramp heç vaxt bunun baş verə biləcəyinə eyham vurmayıb. Lakin o, birbaşa dedi ki, əgər NATO üzvü olan ölkələr ABŞ-ın onları müdafiə etməsini və təhlükəsizlik zəmanəti verməsini istəyirlərsə, o zaman lazım olan qədər pul ödəməlidirlər”, - Lavrov qeyd edib.