Polşa Ukrayna üçün 5000 Starlink terminalı alacaq

13:28 - 11 Mart 2025 - DÜNYA

Polşa Ukrayna üçün Amerikanın Space X şirkətindən əlavə olaraq 5000 Starlink peyk rabitə terminalı alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsallaşma naziri Kşiştof Qavkovski "Radio Zet"in efirində bildirib.

Onun sözlərinə görə, Varşava bu terminallardan 30 minə yaxınını artıq çatdırıb. Nazir əlavə edib ki, onların saxlanılması üçün illik xərclər Polşaya 200 milyon dollara başa gəlib.

Xəbər xətti