İşdən çıxarılan generalın yerinə - TƏYİNAT

13:23 - 11 Mart 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə  Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.

Xəbər xətti