Neftin qiyməti ucuzlaşıb

10:09 - 10 Mart 2025 - İQTİSADİYYAT

Neft qiymətləri bazar ertəsi səhər ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti, bir barel üçün 70,01 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 35 sent (0,5%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində aprel ayı üçün WTI neftinin fyuçersləri 38 sent (0,57%) ucuzlaşaraq 66,66 dollar/barelə düşüb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 68 sent (1%) artaraq bir barel üçün 67,04 dollar təşkil edib.

Xəbər xətti