İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Hebrondakı Əl-Əhli xəstəxanasına hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun əsgərləri xəstəxana binasına basqın edərək, tibb müəssisəsinin təhlükəsizlik xidmətinə məxsus kompüterləri, səsyazma cihazlarını və məlumat saxlama cihazlarını ələ keçirib.
Həmçinin bildirilib ki, İsrail əsgərləri İordan çayının qərb sahilində Fələstin xəstəxanalarına dəfələrlə basqın ediblər.