Bakı-Sumqayıt qatarında nasazlıq - insanlar stansiyada qalıb

19:18 - 7 Mart 2025 - Cəmiyyət

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.

Ucnoqta.az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, insanlar stansiyada qalıb.

ADY-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.
“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb. Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.

Xəbər xətti