Ermənistanda kişi arvadına boya və spirt tökərək yandırıb

17:52 - 7 Mart 2025 - DÜNYA

2024-cü il dekabrın 13-də Armavir rayonunun kəndlərindən birində kişi arvadını döyüb, üzərinə boya və spirt töküb və qəsdən alışqanla yandırıb, nəticədə ona xəsarət yetirib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsi məlumat yayıb. Fevralın 26-da Armavir vilayətinin İstintaq Komitəsi vətəndaşın məlumatı əsasında cinayət işi açıb.

İstintaq zamanı əldə edilmiş faktiki məlumatlar əsasında onun barəsində Ermənistan Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma maddəsi ilə ictimai cinayət işi başlanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti