"Biz valideynlərimizi seçmirik, onlara görə cavabdeh deyilik".
Ucnoqta.az xəbər verir ki, bunu aktrisa Zarina Qurbanova deyib.
Aktrisa paylaşılan xəbərlərin ona təsir etdiyini və bu barədə artıq eşitmək istəmədiyini də dilə gətirib.
Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib.