Baltikyanı ölkələri Rusiya ilə problemlərini özləri həll etməlidir - Şalva Papuaşvili

12:16 - 7 Mart 2025 - DÜNYA

Baltikyanı ölkələr Rusiya ilə bağlı hər hansı narahatlıqları varsa, bu problemlə özləri məşğul olmalıdırlar, Rusiya Federasiyası ilə qarşıdurma üçün başqa dövlətlərdən istifadə etməyə çalışmamalıdırlar.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuat konfransında deyib.

“Bu üç ölkənin hakimiyyətinin Gürcüstanda yalnız bir marağı var, bu maraq ondan ibarətdir ki, biz Rusiyaya qarşı silah və alət olaq. Bu üç postsovet ölkəsinin Rusiya ilə bağlı öz qorxuları var. Onlar bu qorxularla mətanətlə üzləşmək və lazım gələrsə, müharibəyə başlamaq əvəzinə, başqa ölkələrin və xalqların əli ilə Rusiyanı diqqətini başqa məsələlərə yönəltməyə məcbur etməyə çalışırlar”, - Papuaşvili bildirib.

Xəbər xətti