ABŞ prezidenti Donald Tramp bitkoinlərin strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Trampın elmi məşvərət komitəsinin həmsədri təyin edilmiş və ABŞ-ın süni intellekt və kriptovalyutalar üzrə siyasətinə cavabdeh olan investor Devid Saks X-də yazıb. İnvestor qeyd edir ki, ehtiyat təxminən 200.000 bitkoindən ibarət ola bilər.
“Bir neçə dəqiqə əvvəl Prezident Tramp Bitkoin Strateji Ehtiyatının yaradılması haqqında sərəncam imzaladı. Ehtiyat federal hökumətə məxsus olan və cinayət və ya mülki aktivlərin müsadirəsi prosesinin bir hissəsi kimi müsadirə edilmiş bitkoinlərdən formalaşacaq. Bu o deməkdir ki, bu, vergi ödəyicilərinə bir qəpik də başa gəlməyəcək" - Saks bildirib.