Qəzzada istənilən gərginlik girovların ölümünə səbəb ola bilər - HƏMAS

21:33 - 6 Mart 2025 - DÜNYA

Fələstinin Qəzza zolağında hər hansı eskalasiya orada qalan israilli girovların ölümü ilə nəticələnə bilər.

Ucnoqta.az xəbər verir ki, bu xəbərdarlığı Fələstinin HƏMAS hərəkatının silahlı qanadının (İzzəddin əl-Qəssam Briqadaları qrupu) nümayəndəsi Əbu Ubeydə videomüraciətində edib.

“Biz işğalçıların ailələrinə və bütün maraqlı tərəflərə xəbərdarlıq edirik ki, qalan girovların hələ də sağ olduğuna dair əlimizdə dəlillər var və xalqımıza qarşı hər hansı təcavüzün genişlənməsi daha əvvəl baş verdiyi kimi, çox güman ki, girovlardan birinin ölümünə səbəb olacaq”, - o deyib.

Xəbər xətti