Niderland hakimiyyəti pilotsuz uçan aparatların istehsalına 700 milyon avroluq investisiya paketi yönəldəcək, bunun bir hissəsi Ukrayna hərbi sənaye kompleksinə yatırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın baş naziri Dik Şof X-də yazıb.
Şof qeyd edir ki, Niderland bundan sonra da Kiyevə siyasi, hərbi və maliyyə sferalarında dəstək vermək niyyətindədir.