Agentliyin qrant müsabiqələrinin nəticələri sabah elan olunacaq

09:55 - 6 Mart 2025 - Cəmiyyət

2025-ci il üzrə Agentliyin elan etdiyi qrant müsabiqələrinin nəticələri sabah elan olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a deyib. Ülviyyə Qarayeva bildirib ki, bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb:

"Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığını müşahidə edirik. Bu, bizim üçün adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, işimizə olan ictimai etimadın göstəricisidir. Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır. Qürurla deyə bilərik ki, 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 19 dövlət proqramı üzrə 63 tapşırığın icrasına məsul olub və qiymətləndirmə üzrə publik hüquqi şəxslər arasında rekord nəticələrdən birini nümayiş etdirib".

Xəbər xətti