ABŞ qoşunlarını Meksikaya göndərmək niyyətində deyil

05:42 - 6 Mart 2025 - DÜNYA

ABŞ administrasiyası narkotik kartelləri ilə mübarizə üçün Meksikaya ABŞ qoşunlarını göndərməyi düşünmür.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms DevidVens deyib.

O, ABŞ-ın cənub sərhədinə səfəri zamanı jurnalistin məsələ ilə bağlı sualına “Xeyr” cavabını verib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Meksikanın özünün narkotik kartellərinə qarşı mübarizəyə ciddi yanaşacağına ümid edir.

"Biz Meksika hökuməti ilə mənfi münasibət qurmaq istəmirik. İstəyirik ki, Meksika hökuməti təkcə özünə deyil, həm də Amerika xalqına kömək etsin".

Veyns qeyd edib ki, narkotik kartelləri ciddi qəbul edilməsə, bu, bütün Meksikada, bütün hökumətdə sabitliyi pozacaq.

"Ümid edirik ki, onlar bunu edəcəklər və əgər etməsələr, o zaman, əlbəttə ki, bundan sonra nə edəcəyimizi düşünəcəyik", - ABŞ vitse-prezidenti əlavə edib.

Xəbər xətti