Makron Trampı rüsumlardan imtina etməyə inandırmağa ümid edir

00:35 - 6 Mart 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Avropa mallarına rüsumlardan imtina etməyə inandırmağa ümid edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Makron Yelisey Sarayının mətbuat xidməti tərəfindən yayımlanan xalqa müraciətində deyib:
"Biz ABŞ-ın Kanada və Meksika ilə olduğu kimi Avropa mallarına tariflər tətbiq edə biləcəyi ehtimalına hazırlaşmalıyıq. Ümid edirəm ki, ABŞ prezidentini bu tədbiri görməkdən çəkinməyə inandıracam”.

Makronun sözlərinə görə, bu qərar Avropa iqtisadiyyatının inkişafına öz təsirini göstərəcək.

Xəbər xətti