ABŞ administrasiyası Kiyevə yardımın maliyyələşdirilməsini nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
Ondan ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri şərh etməsi istənilib.
“Milli Təhlükəsizlik Şurası bununla bağlı mənə bildirdi ki, onlar Ukraynanın maliyyələşdirilməsini dayandırıblar və nəzərdən keçirirlər”, - mətbuat katibi cavab verib. O, bunun nəzarət üçün dayandırılma olduğunu izah etdi.