Aİ ABŞ-la sammit ideyası üzərində işləyir

15:23 - 5 Mart 2025 - DÜNYA

Avropa İttifaqı (Aİ) ABŞ ilə sammit keçirmək ideyası üzərində işləyir və "icazə vermək üçün şərtləri" gözləyir.

Ucnoqta.az xəbər verir ki, Aİ-nin yüksək səviyyəli rəsmisi martın 6-da Aİ liderlərinin görüşündən əvvəl Brüsseldə jurnalistlərə bildirib.

"Biz hazırıq. Biz ideyanı alqışlayırıq, hazırıq və bunun faydalı olacağını düşünürük. Şərait imkan verəndə görəcəyik. Amma bu, üzərində işlədiyimiz ideyadır", - o bildirib.

“Biz Birləşmiş Ştatlar ilə istənilən mümkün təmasları alqışlayırıq. Bizim əsas mesajımız ondan ibarətdir ki, ABŞ bizim müttəfiqimizdir, biz onları dost kimi görürük və bu əlaqələri inkişaf etdirmək istəyirik. Amma diqqətimizi etməli olduğumuz işlərə yönəldirik. Bunlar isə ilk növbədə bizim müdafiə sferasında görülən tədbirlərdir” - o, əlavə edib.

Xəbər xətti